BAKI, 9 aprel - Sputnik. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin zabiti Aleksandr Qurko Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ərazisinə beynəlxalq terror aktlarının icraçılarını cəlb etməkdə ittiham edilərək qiyabi həbs edilib. Bu barədə TASS məhkəmə qərarına istinadən xəbər verir.
“Aleksandr Qurkonun təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 361-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə, cinayət törətmək məqsədi ilə şəxsi işə sövq etməkdə, silahlandırmaqda ittiham edilməsi barədə qərar qəbul edilib. Təqsirləndirilən şəxsə qarşı Rusiya Federasiyasına ekstradisiya ediləcəyi gündən iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, - qərarda deyilir.
Ukrayna zabiti Qurkonın adı mayın 9-da Xersonda terror aktı törətməyə cəhddə ittiham olunan Ukrayna vətəndaşı Pavel Zaporojetsin işində keçir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.