BAKI, 9 aprel - Sputnik. Fransa prezidenti Emmanuel Makron evtanaziya və ya tibbi yardımla intiharı qanuniləşdirən qanun layihəsini açıqlayıb. Bu barədə “İzvestiya” qəzeti yazır.
Məlumatda bildirilir ki, milli həkimlər şurası doktorların bu cür prosedurlara cəlb olunmasının əleyhinə çıxış edib. Bu məsələnin ictimai müzakirəsi üçün sakit mühiti təmin etmək üçün respublikada “ölüm”ün yeni tərifi işlənib hazırlanıb.
"Bəzi sözlərlə bağlı bütün fransızlar üçün anlaşıqlı təriflərə ehtiyacımız var" - Fransa Səhiyyə Nazirliyindən bildirilib.
Nəşr xatırladır ki, 2005-ci ildə Fransada xəstənin süni həyat dəstəyindən imtina etmək hüququ qanuniləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.