BAKI, 9 aprel - Sputnik. Qərb ABŞ-ın Avropadakı nüvə silahlarını xatırlamır, lakin Rusiyanın Belarusda belə silahlar üçün anbarlar yaratmaq planlarına isterik reaksiya verir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində deyib.
“Kollektiv Qərb nədənsə burada, Avropada, ölkəmizin ətrafında yerləşən ABŞ nüvə silahlarını xatırlatmağa meylli deyil, lakin bu halda onlar bizim taktiki nüvə silahları üçün anbarlar tikmək planlarımıza isterik reaksiya nümyiş etdirirlər”, - Kremlin sözçüsü jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında Moskvada keçirilən danışıqlarda nüvə silahı mövzusunu müzakirə etmələrini şərh edən Peskov əlavə edib:
“Bəli, bu, indi çox vacib mövzudur. Biz kollektiv Qərbin Rusiya prezidentinin açıqlamalarına çox təmkinsiz reaksiyasını görürük”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.