BAKI, 9 aprel - Sputnik. Belarus zenit-topçuları HIMARS reaktiv yaylım atəş sistemləri (RYAS) və müxtəlif tipli pilotsuz uçuş aparatları (PUA) ilə döyüşməyə hazırdır. Bu barədə bazar günü Belarus Müdafiə Nazirliyinin VoenTV telekanalına müsahibəsində Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunlarının və respublikanın hava hücumundan müdafiə qüvvələrinin qərargah rəisi, polkovnik Dmitri Panin bildirib.
"Bizdə HIMARS ilə bağlı tam məlumat var. Deməliyəm ki, HIMARS çox reklam olunur. Bu, ümumi ballistik hədəfdir, özünəməxsus xüsusiyyətlərə malikdir. Bundan əlavə, biz dəfələrlə HIMARS-ın işini təqlid edən hədəflər üzərində tapşırıqlar yerinə yetirmişik. Bu halda bizim üçün çox yeni bir şey yoxdur", - qərargah rəisi deyib.
PUA-lara qarşı mübarizədən danışan polkovnik kompleks yanaşmanın zəruriliyini qeyd edib.
Əgər biz strateji pilotsuz təyyarələri götürsək onlara qarşı inamla mübarizə apara bilərik. Təsirə məruz qalan əraziyə daxil olduqdan sonra PUA-ların məhv ediləcəyinə zəmanət veriləcək. Böyük effektiv dispersiya səthi, kifayət qədər aşağı sürət, bizim üçün sadə hava hədəfidir”, - Panin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.