MƏDƏNİYYƏT

Azərbaycanın Xalq artisti vəfat edib

“Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.
Sputnik
BAKI, 9 aprel - Sputnik. Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.
“Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə açıqlamada qeyd edilib.
Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.