AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Moldova ilə ticarət əlaqələrini genişləndirmək niyyətindədir

Moldova Respublikasında 115 Azərbaycan şirkətinin qeydiyyatdan keçdiyi bildirilir.
Sputnik
BAKI, 9 aprel - Sputnik. Moldova Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin baş katibi Sergey Qerku və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkələr arasında ticarət əlaqələrinə yeni təkan verilməsi imkanlarını müzakirə ediblər. Bu barədə RİA Novosti xəbər yayıb.

"Azərbaycan Moldova-Azərbaycan ticarət əlaqələrinin genişləndirilməsinə açıqdır. Biz bu əməkdaşlığa yeni təkan vermək istəyirik. Bizim üçün Moldova kifayət qədər cəlbedici ölkədir, çünki siz Avropa İttifaqı ilə sərhəddəsiniz, ona görə də birgə müəssisələr yarada bilərik", - Xələf Xələfov deyib.

Xələf Xələfov
Onun sözlərinə görə, Azərbaycan Moldovada istehsala sərmayə qoymağa hazırdır. Qerku isə qeyd edib ki, Moldova-Azərbaycan ticarət əlaqələri aqrar-sənaye sektorunun inkişafı üçün yeni imkanlar verəcək.
O bildirib ki, Moldova aqrar sektorda birgə layihələrin inkişafı üçün açıqdır.
İqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addımlar Moldova-Azərbaycan hökumətlərarası komissiyası çərçivəsində müəyyən ediləcək.
2022-ci ildə Moldova ilə Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 11,3 milyon dollar təşkil edib. Hazırda Moldova Respublikasında 115 Azərbaycan şirkəti qeydiyyatdan keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.