BAKI, 8 aprel - Sputnik. Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin “Xəzər - Dostluq dənizi” motoyürüşü çərçivəsində Azərbaycanın paytaxtına gəlib.
Vilayət rəhbəri Sputnik Azərbaycan-a bildirib ki, onlar dəniz ətrafında motoyürüş zamanı 4 min kilometr məsafə qət ediblər.
"Biz artıq Qazaxıstanda, Türkmənistanda, İranda olmuşuq. Dayandığımız hər yerdə işgüzar görüşlər keçirdik. Hər yerdə bizi çox isti qarşıladılar", - deyə Babuşkin paylaşaraq marşrutu bütövlükdə "maraqlı" adlandırıb.
Губернатор Астраханской области Игорь Бабушкин
© Sputnik
Qeyd edək ki, Xəzər dənizi ətrafında “Xəzər - Dostluq dənizi” motokrosuna aprelin 1-də Həştərxandan start verilib. Demək olar ki, beş min kilometr uzunluğunda olan yolun Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və bölgənin motosiklet hərəkatının fəalları tərəfindən on gün ərzində aşılması planlaşdırılır.
Aksiyanın məqsədi Xəzəryanı ölkələrlə mehriban qonşuluq münasibətlərini möhkəmləndirməkdir. Genişmiqyaslı beynəlxalq layihə Rusiya prezidentinin razılığını alıb və RF Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənir.