DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan hücum xarakterli anti-Rusiya təlimlərinə qatılmaqla təhlükəli oyun oynayır

Arman Abovyan hesab edir ki, ABŞ qüvvələrinin Avropadakı komandanlığının təşəbbüsü ilə keçirilən təlimlər Ermənistanın müttəfiqi və ən yaxın qonşusuna qarşı yönəlib.
Sputnik
BAKI, 8 aprel - Sputnik. Ermənistanın hərbi-siyasi rəhbərliyi Avropada amerikalıların təşəbbüsü ilə keçirilən təlimlərdə iştirak etməklə ölkə üçün yeni risklər və təhlükələr yaradır.
Bunu Sputnik Ermənistan radiosunun “Abovyan Time” verilişinin efirində keçmiş deputat Arman Abovyan deyib.
Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan aprelin 7-də bildirib ki, Ermənistan hərbçiləri KFOR (Kosovo Qüvvələri) və Saber Junction-2023 təlimlərində iştirak etməyi planlaşdırır. Sonuncu ABŞ-ın Avropadakı quru qoşunlarının komandanlığı altında həyata keçiriləcək.
Abovyanın sözlərinə görə, Ermənistan hakimiyyəti ABŞ-ın himayəsi altında Avropada keçirilən iki təlimdə iştirakını elan etdikdən sonra çox çətin və anlaşılmaz vəziyyət yaranıb. Bu vəziyyət Ermənistan üçün risklər yaradır.
“Əgər KFOR çərçivəsində keçirilən təlimlər başa düşüləndirsə, Ermənistan sülhməramlı əməliyyatlarda iştirak edirsə, onun kontingenti Kosovodadırsa, o zaman açıq-aşkar anti-Rusiya, anti-İran və anti-Çin vektoru olan təlimlərə cəlb olunmaq Ermənistanın maraqlarına köklü ziyan vurur.”, - Abovyan əmindir.
Müəllif anlamır ki, hakimiyyət əslində Şərqlə Qərb arasında münaqişəyə qarışanda hansı motivləri rəhbər tutur. Ermənistan KTMT-nin üzvü kimi KTMT-nin təlimlərindən və təşkilata hərbi-texniki yardımdan imtina etməklə yanaşı, hücum xarakterli anti-Rusiya təlimlərində iştirak edir.
Abovyan hesab edir ki, Ermənistan rəhbərliyi bunun nəticələrinin fərqindədir və eyni zamanda ölkə üçün belə riskə gedir.