RUSİYA

Rusiya Vyetnamda atom elektrik stansiyasının tikintisində iştirak etməyə hazırdır

Rusiya baş nazirinin müavini Dmitri Çernışenko Vyetnamın enerji suverenliyinin təmin edilməsində atom enerjisinin oynaya biləcəyi mühüm rolu vurğulayıb.
Sputnik
BAKI, 7 aprel — Sputnik. Vyetnam tərəfi xahiş edərsə, Rusiya Vyetnamda iri və kiçik atom elektrik stansiyalarının tikintisində iştirak etməyə hazırdır.
Bunu cümə günü Hanoyda Rusiyanın baş nazirinin müavini Dmitri Çernışenko bildirib.
Vyetnamda işgüzar səfərdə olan Rusiya Federasiyası Baş nazirinin müavini Vyetnamın Atom Enerjisi İnstitutunda Rusiya-Vyetnam Hökumətlərarası Komissiyasının 24-cü iclası çərçivəsində Vyetnamın nüvə sənayesinin rəhbərləri ilə keçirilən görüşdə çıxış edib.
"Rusiya həm böyük, həm də az güclü nüvə elektrik stansiyalarının inşası ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə Vyetnamda iştirak etməyə və kömək etməyə hazırdır", - deyə Rusiya Federasiyası hökumət başçısının müavini Vyetnamın enerji suverenliyinin təmin edilməsində atom enerjisinin oynaya biləcəyi mühüm rolu vurğulayıb.
"Belə bir qərarın qəbulu Vyetnama iqlim neytrallığı məqsədinə nail olmağa imkan verəcək", - deyə Çernışenko əlavə edib.