BAKI, 7 aprel - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Rusiya prezidentinin saytının yaydığı xəbərə görə, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
"Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətin müxtəlif aspektlərinin müzakirəsi davam etdirilib. Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı əsas sazişlərin ardıcıl icrasının vacibliyi vurğulanıb. Zaqafqaziya və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması bir daha təsdiqlənib. Bundan əlavə, ikitərəfli münasibətlərin bəzi aktual məsələlərinə toxunulub", - kremli.ru yazıb.
Paşinyanın ofisi isə bildirib ki, telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktybar 2022-ci il tarixli üçtərəfli bəyanatların icrası, o cümlədən regional nəqliyat xətlərinin açılması müzakirə edilib.
Paşinyan və Putin Laçın yolundakı son vəziyyət barədə də danışıblar.