BAKI, 7 aprel — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür.
Bu barədə RİA Novosti xəbər verir.
Bundan əvvəl Ankaraya səfəri zamanı nazir Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb, tərəflər Ukrayna böhranı, "taxıl sazişi", Türkiyədə qaz qovşağının yaradılması və Ankara-Dəməşq münasibətlərinin normallaşması məsələlərini müzakirə ediblər.