BAKI, 7 aprel — Sputnik. ABŞ "Yaxın Şərq dördlüyü"nün fələstinlilər və israillilər arasında nizamlanmaya dair görüşlərinə mane olur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Rusiya, ABŞ, Avropa İttifaqı və BMT-dən ibarət dördlük və Ərəb Dövlətləri Liqasının zəruri iştirakı ilə razılıq əldə etmək və nəticəyə ümid etmək olar. Bu dördlük çoxdandır görüşmür, onun görüşləri ABŞ tərəfindən əngəllənir və təəssüflər olsun ki, bu cür görüşlərin təşəbbüskarı olan BMT-nin baş katibi kölgəyə çəkilib", - Lavrov Türkiyənin xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı deyib.
Rusiyalı nazir əlavə edib ki, Birləşmiş Ştatlar fələstinlilərlə israillilərin özlərinin barışması üçün problemi müstəqil həll etmək siyasətini açıq şəkildə bəyan edib.