SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan UNESCO-nun Qarabağa araşdırıcı missiya göndərməsi barədə təklifləri rədd edib

Azərbaycan XİN rəhbəri bildirib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü zamanı tarixi-mədəni-dini irsimiz məhv edilib, mənimsənilib, tarixi mahiyyəti dəyişdirilib.
Sputnik
BAKI, 7 aprel — Sputnik. Şuşa şəhərində 30 il ərzində mədəni-dini abidələri ermənilər tərəfindən yerlə-yeksan edilib.
Bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.
"44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz öz tarixi torpaqlarını işğaldan azad edib. Ermənistanın ölkəmizə qarşı təcavüzü zamanı tarixi-mədəni-dini irsimiz məhv edilib, mənimsənilib, tarixi mahiyyəti dəyişdirilib. Ermənistan Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi indiki Ermənistan ərazisində də tarixi abidələri dağıdıb", - deyə nazir qeyd edib.
Nazir bildirib ki, son 30 ildə Qarabağ ərazisinə UNESCO-nun araşdırıcı missiyanın göndərilməsinə maneələri məhz Ermənistan yaradıb.
"Bu yöndə gələn təklifləri Ermənistan davamlı şəkildə rədd edib", - nazir vurğulayıb.
PAYTAXT XƏBƏRLƏRİ
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının Bakıda iclası işə başlayıb