BAKI, 7 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanıa İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, görüşdə Türkiyə-İran münasibətləri və İsrailin Məscidül-Əqsaya hücumları da daxil olmaqla, regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan telefon danışığı zamanı İsrailin Fələstində, xüsusilə də Məscidül-Əqsada artan qeyri-insani hücumlarına qarşı İslam dünyasının birləşməsinin vacibliyini vurğulayıb.
Yeni zorakılıq dalğasının qarşısını almaq üçün sağlam düşüncənin üstünlük təşkil etməsi lazım olduğunu vurğulayan prezident Ərdoğan, bütün tərəfləri sağlam düşüncəyə yönəltmək üçün təşəbbüslər göstərməyin faydalı olacağını söyləyib.