SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlıların yurd-yuvalarına qayıtması üçün lazımi işlər görülür - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcması ətrafında birləşiblər.
Sputnik
BAKI, 7 aprel — Sputnik. "1991-ci ilə qədər bütün azərbaycanlılar öz yurd-yuvalarından zorla qovulub çıxarılıb".
Bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcması ətrafında birləşiblər. İcmanın hazırladığı Qayıdış Konsepsiyasına əsasən, bugünkü Ermənistan ərazisindən zorla deportasiya olunan azərbaycanlıların öz yurd-yuvalarına qayıtması üçün lazımi işlər görülür", - nazir qeyd edib.
SİYASƏT
Ermənistan UNESCO-nun Qarabağa araşdırıcı missiya göndərməsi barədə təklifləri rədd edib