BAKI, 7 aprel — Sputnik. Ankarada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında danışıqlar başlayıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri aprelin 6-da Türkiyənin paytaxtına gəlib.
Tərəflərin ikitərəfli məsələləri, Ukrayna, Suriya və Qarabağdakı vəziyyəti, taxıl sazişinin gələcəyini müzakirə edəcəyi gözlənilir.
Danışıqlardan sonra nazirlər jurnalistlərin suallarını cavablandıracaqlar. Xarici işlər nazirlərinin mətbuat konfransına çoxlu sayda media nümayəndəsi akkreditasiya olunub.