BAKI, 6 aprel — Sputnik. Azərbaycandan qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 6-da saat 01:08-də "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.