BAKI, 6 aprel — Sputnik. RF yalnız Rusiya vətəndaşlarına deyil, həm də öz vətəndaşlarına qarşı son dərəcə qəddar olan Kiyev rejimi ilə mübarizə aparır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin yeni bölgələrinin rəhbərliyi ilə görüşündə deyib.
Bu yaxınlarda RF liderinin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin cümə axşamı Rusiyanın yeni bölgələrinin rəhbərləri ilə görüşünün planlaşdırıldığını və gərgin iş cədvəli ilə əlaqədar olaraq bu görüşün çərşənbə günündən cümə axşamı gününə təxirə salındığını bildirib.
"Təəssüf ki, biz yalnız vətəndaşlarımıza deyil, həm də öz vətəndaşlarına qarşı son dərəcə qəddar olan bir rejimlə mübarizə aparırıq", - deyə Rusiya prezidenti vurğulayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.