BAKI, 6 aprel - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və ABŞ “müharibənin qaynar fazasında”dır, lakin münasibətlər qorunmalıdır.
"Biz həqiqətən müharibənin qaynar mərhələsindəyik, çünki ukraynalı nasistlər ilk növbədə Amerika silahları ilə vuruşurlar. Və hər dəfə Amerika administrasiyası getdikcə daha çox uzaq mənzilli və ölümcül sistemlər tədarük etməklə hədələyir", - Lavrov deyib.
"Bu, çərşənbə günü ABŞ səfiri Linn Treysinin etimadnaməsini Rusiya prezidenti Vladimir Putinə təqdim etməsi ilə necə uyğunlaşır" sualına Lavrov belə cavab verib: “Məncə, münasibətlər qorunmalıdır”.
"Ən azı, amerikalıların ayılacağına və onların hansısa dialoqa davam edəcəyinə ümidimizi itirmirik. Görəcəyik, gözləmə çox çəkməyəcək", - Lavrov əlavə edib.