BAKI, 6 aprel - Sputnik. Bakı Ekspo Mərkəzində COVID-19 pandemiyası ilə bağlı üç illik fasilədən sonra ilk dəfə olaraq “AITF-2023” - XIX Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, ora ilk olaraq Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Özbəkistanın səfirləri Bahrom Əşrəfxanov və Bolqarıstanın səfirləri Ruslan Stoyanov, eləcə də Azərbaycan Səyahət Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov baş çəkiblər.
Sərgi ənənəvi olaraq müxtəlif ölkələrdən turizm sənayesinin, milli və regional turizm təşkilatlarının və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir.
Tədbir iştirakçıları ümid edirlər ki, bu, onlara turist axınının artmasına, həmçinin yeni tərəfdaşlarla işgüzar əlaqələr qurmağa, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirməyə kömək edəcək.
Bu il “AITF-2023” sərgisi dünyanın müxtəlif ölkələrindən – Belarus, Bolqarıstan, Gürcüstan, Kuba, Polşa, Rusiya Federasiyası, Sloveniya, Tunis, Özbəkistan, Çexiya, İsveçrə və s. şirkətləri təqdim edir.
Qeyd edək ki, bu il sərginin daimi iştirakçısı olan Bolqarıstan AITF-2023-ün baş sponsoru olub.
Tədbirdə turizm sənayesinin müalicə və sağlamlıq turizmi kimi sahələri, eləcə də müxtəlif ölkələrin aviaşirkətlərinin, turizm agentliklərinin və turoperatorlarının nümayəndəlikləri təqdim olunur.