BAKI, 6 aprel — Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran Prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, proses bu gündən start götürüb.
Vauçerləri əldə edənlər www.bakucitycircuit.com veb səhifəsindən şəxsi
hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər.
Biletlərini kassadan əldə edən və yalnız vauçer üzərində adı qeyd edilən şəxslər aşağıdakı satış məntəqələrinə yaxınlaşaraq vauçerləri və şəxsiyyət vəsiqələrini təqdim etməklə onları elektron biletə dəyişə bilər.
Yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür. Hər bir şəxsə mübadilə prosesini gecikdirməmək tövsiyə edilir.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 apreldə təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.