DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin müstəqil siyasət aparacağına inanırıq - Si Cinpin

Çin təkidlə bildirir ki, Çin-Aİ münasibətləri üçüncü tərəflərə qarşı yönəlməyib, üçüncü tərəflərdən asılı deyil.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Aİ-nin Çinə qarşı müstəqil siyasət aparacağına inanırıq. Bunu Çin Prezidenti Si Cinpin Pekində Fransa Prezidenti Emmanuel Makron ilə danışıqlardan sonra deyib.

"Çin Aİ-ni çoxqütblü dünyanın müstəqil qütbü kimi qəbul edir, Aİ-ni strateji müstəqilliyini həyata keçirməsini dəstəkləyir. Çin təkidlə bildirir ki, Çin-Aİ münasibətləri üçüncü tərəflərə qarşı yönəlməyib, üçüncü tərəflərdən asılı deyil", - deyə Çin lideri bildirib.

"Mən əminəm ki, Aİ Çinlə münasibətlərini təkbaşına inkişaf etdirəcək", – Çin Mərkəzi Televiziyası Çin liderinin sözlərindən sitat gətirib.
Si Cinpin qeyd edib ki, Çin və Fransa dünyanın çoxqütblülüyünü və beynəlxalq münasibətlərin demokratikləşməsini dəstəkləməyə davam etməli, soyuq müharibə zehniyyətinə və blokların qarşıdurmasına müqavimət göstərməli və müxtəlif qlobal çağırışlara əl-ələ verib cavab verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.