PAYTAXT XƏBƏRLƏRİ

20 nömrəli məktəbdə şagirdlər arasında zəhərlənməyə səbəb quş əti tərkibli qida olub

Hadisəyə səbəb olan məhsullar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanıb.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Bakıdaı 20 nömrəli məktəb-liseydə 10-a yaxın zəhərlənib. Zəhərlənməyə səbəb şagirdlərin quş əti tərkibli qida qəbul etməsidir.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib, o bildirib ki, şagirdlərdə mədə ağrısı ilə bağlı şikayətlər olub:

"Məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Bəzi şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir".

Qidalara gəldikdə B.Məmmədov bildirib ki, bu məhsullar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanıb:
"Artıq həmin şirkətə də bu barədə məlumat verilib, aidiyyəti qurumlar məsələni araşdırırlar".
Qeyd edək ki, zəhərlənən şagirdlər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.