DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə XİN: İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidinə basqınını qınayırıq

Qeyd olunub ki, mübarək Ramazan ayında Əl-Əqsa məscidində namaz qılanlara qarşı bu hücumlar heç bir şəkildə qəbuledilməzdir.
Sputnik
BAKI, 5 aprel — Sputnik. "Türkiyə İsrail təhlükəsizlik qüvvələrinin dünən gecədən etibarən Əl-Əqsa məscidinə basqın etməsini, onun müqəddəsliyini və tarixi status-kvonu pozaraq çoxlu sayda fələstinli vətəndaşı həbs etməsini qınayır".
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Qeyd olunub ki, mübarək Ramazan ayında Əl-Əqsa məscidində namaz qılanlara qarşı bu hücumlar heç bir şəkildə qəbuledilməzdir.
"Artıq bölgəyə, xüsusən də Qəzzaya yayılan gərginlikdən çox narahatıq. İsrail hökuməti bölgədə gərginliyin daha da artmasına səbəb ola biləcək bütün təxribatları, hərəkətləri və hücumları dərhal dayandırmalıdır", - deyə bəyanatda bildirilib.