RUSİYA

Trampın həbsi liberalizmin böhranından xəbər verir – Zaxarova

Trampın vəkili Co Takopina, müvəkkilinə qarşı irəli sürülən ittihamlarda faktların olmadığını bildirib.
Sputnik
BAKI, 5 aprel — Sputnik. Növbəti seçkilərdə iştirak etmək ambisiyalarını açıq şəkildə bəyan edən ABŞ-ın keçmiş Prezidenti Donald Trampın həbsi liberal ideologiyada böhrandan xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü bu barədə bildirib.
"Buna liberalizmin böhranı deyilir. Bu, tamamilə azad elan edilən, insan impulslarının, ehtiraslarının ifadəsini heç bir şəkildə məhdudlaşdıran heç bir şeyin olmadığı bir sistemdir - və bu, bir kult səviyyəsinə yüksəldilir ... sonunda özünü yeyir və ya inkar edir", - deyə Zaxarova "Sputnik" radiosunda bildirib.
Çərşənbə axşamı günü Tramp, pornoaktrisa Stormi Daniels də daxil olmaqla, iki qadına iddia edilən əlaqə haqqında susmaqdan ötrü verilən ödənişlərlə əlaqədar işgüzar sənədləri saxtalaşdırdığı üçün 34 ittiham irəli sürülüb. O, özünü təqsirli bilməyib və Manhetten Cinayət Məhkəməsindən azad edilib. Trampın vəkili Co Takopina bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittihamlarda faktlar yoxdur.
Manhetten prokuroru Elvin Breqqin sözlərinə görə, Tramp və həmkarları 2015-ci ildə ABŞ prezident seçkiləri ərəfəsində neqativ məlumatların qarşısının alınması sxemi üzərində razılığa gəliblər. O, əlavə edib ki, bu sxemin bir hissəsi kimi Tramp və digərləri seçkidə onun qalib gəlməsinə mane ola biləcək məlumatları ört-basdır etmək üçün üç nəfərə pul verib.
Öz növbəsində, Tramp bildirib ki, ABŞ hazırkı Prezident Co Baydenin maraqlarına uyğun olaraq onun təqib edilməsinin siyasi fonunda israrla "seçkilərə yüksək səviyyəli müdaxilənin" şahidi olub. Tramp, həmçinin, əlavə edib ki, ABŞ "cəhənnəmə yuvarlanır".