BAKI, 5 aprel — Sputnik. Bakı-Salyan yolundakı qəzada ölənlərin sayı 4 nəfərə çatıb, 2 nəfər yaralanıb.
“Report”un məlumatına görə, hadisə nəticəsində 2020-ci il təvəllüdlü Bayxan Bağırov çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
***
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
BDYPİ-dən verilən məlumata görə, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, "Hyundai Accent" markalı, 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı, 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində "Hyundai Accent" avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.