BAKI, 5 aprel — Sputnik. Finlandiyanın NATO-ya qəbulu və İsveçin təşkilata qoşulması ilə bağlı iş Şimali Avropa regionunda təhlükəsizlik dövrünə son qoydu. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Çərşənbə günü Sputnik radiostansiyasının efirində NATO blokunun Şimali Avropa ölkələri hesabına genişlənməsini şərh edən diplomat xatırladıb ki, Amerika tərəfi Münhen Konfransının kənarında uzun müddətdir ki, "bütün bunların təbliğatı" ilə məşğuldur.
"NATO-ya daxil olmaq bu dövrü yekunlaşdırdı, bu regionun indi təhlükəsiz olması ilə bağlı söhbət tamamilə bağlandı. Bunlar yeni reallıqlardır", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
O, avropalıların diqqətini ona yönəldib ki, Birləşmiş Ştatlar başqa qitədə olmaqla Avropaya Avropa qitəsinin təhlükəsizliyi ilə bağlı olmayan "sırf şəxsi, praqmatik fürsətçi maraqlarına" əsaslanan təhlükəsizlik məsələlərindən danışır.
"ABŞ nümayəndələri ilə avropalılar arasında təhlükəsizlik məsələləri ilə bağlı söhbət başlayanda problem yaranacaq", - Zaxarova qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb, qərar aprelin 1-də "Rəsmi Gazete"də dərc olunub. Türkiyə Böyük Millət Məclisi (TBMM) Finlandiyanın NATO-ya daxil olmasını martın 31-də təsdiqləyib. Parlamentdə qəbul edilən qanun "Resmi Gazete"də dərc olunduqdan sonra qüvvəyə minib.