BAKI, 5 aprel — Sputnik. İsfahan əyalətində İran Müdafiə Nazirliyinin obyektinə uğursuz hücum cəhdi barədə məlumat yayılıb.
Bu barədə "Tasnim" agentliyi yazır.
Obyekti vurmağa çalışan PUA hava hücumundan müdafiə sistemləri ilə vurulub.
İranın Müdafiə Nazirliyi yanvarın 29-na keçən gecə Tehrandan 300 km cənubda İsfahandakı sursat istehsalı mərkəzinə üç pilotsuz təyyarənin endirilməsi barədə məlumat yayıb. Hücum uğursuz elan edilib - minidronlar hədəfə çatmayıb (biri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, ikisi obyektin qoruyucu torlarında partlayıb).