Bu il aprelin 30-da Özbəkistan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum keçiriləcək. Yeni Konstitusiya "dövlət – cəmiyyət – insan" prinsipini "insan – cəmiyyət – dövlət" kimi dəyişdirmək, yəni insanın maraqlarını hər şeydən üstün tutmaq üçün nəzərdə tutulub.
Özbəkistan Azərbaycan üçün yaxın ölkədir və orada baş verən hadisələr həmişə xüsusi maraq doğurur. Bir il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda rəsmi səfərdə olub və iki ölkənin münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu il Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana cavab səfəri gözlənilir. İkitərəfli münasibətlərin prioritetlərindən biri iqtisadi əməkdaşlıq mövzusudur.
Özbəkistan Konstitusiyası islahatının sosial-iqtisadi aspektləri, Konstitusiya dəyişikliklərinin Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafına necə təsir göstərə biləcəyi aprelin 12-də, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək dəyirmi masada müzakirə olunacaq.
İştirakçılar:
Maxamadjan Botraliyev, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri;
Bəhram Qaipov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi;
Elçin Hüseynov - "Region Plus" jurnalının baş redaktor müavini;
Emin Qəribli - iqtisad elmləri namizədi. "Beynəlxalq İqtisadiyyat" kafedrasının dosenti, Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin əlavə təhsil şöbəsinin müdiri;
Əlimusa İbrahimov - Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru;
Emin Məmmədzadə - Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent, iqtisad elmləri namizədi;
İlqar Vəlizadə, "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mət.4.