BAKI, 5 aprel — Sputnik. NATO ilə Rusiya arasında birbaşa qarşıdurma dünya nüvə müharibəsi demək olardı, buna aparan təkliflər Macarıstan üçün qəbuledilməzdir. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
"Bizim üçün əsas odur ki, NATO-nun Vilnüs sammitində onlar NATO-nun Ukraynadakı müharibənin tərəfi olmadığına dair əvvəlki qərara açıq şəkildə əməl etməyə davam etsinlər. Rusiya ilə NATO arasında mümkün birbaşa müharibənin qarşısını almaq üçün hər şeyi etməliyik. Rusiya ilə NATO arasında birbaşa münaqişənin yaranmasına təhlükə yaradan hər şey, NATO-nun münaqişədə tərəf kimi iştirakına imkan yaradan hər şey bizim üçün qəbuledilməzdir", - deyə Siyarto bildirib.
Onun sözlərinə görə, Macarıstan Vilnüsdə hər bir təklifi bu nöqteyi-nəzərdən dəyərləndirəcək, çünki NATO ilə Rusiya arasında birbaşa toqquşma üçüncü dünya müharibəsinin və hətta nüvə müharibəsinin başlaması riskinə gətirib çıxarır.