RUSİYA

Lavrov və Çavuşoğlu “Akkuyu” AES-in tikintisini müzakirə edəcək

Növbəti turizm mövsümü ərəfəsində nazirlər rusiyalıların Türkiyədə hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini də müzakirə etmək niyyətindədirlər.
Sputnik
BAKI, 5 aprel - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 6-7-də Türkiyədə keçiriləcək görüşdə “Akkuyu” atom elektrik stansiyalarının (AES) tikintisini və “Türk axını” layihəsini müzakirə edəcəklər.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Akkuyu” AES-in tikintisi, “Türk axını” qaz kəmərinin istismarı kimi strateji layihələr üzrə birgə işlərə toxunulacaq”, - Rusiya XİN-in yaydığı bəyanatda deyilir.
XİN-dən onu da bildiriblər ki, növbəti turizm mövsümü ərəfəsində nazirlər rusiyalıların Türkiyədə hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini də müzakirə etmək niyyətindədirlər.