PAYTAXT XƏBƏRLƏRİ

"Koroğlu" metrosunun qarşısında olan taksilərin əlindən tərpənmək olmur - Qurum rəsmisi

"Koroğlu" metrostansiyasında sərnişin sıxlığına səbəb olan amillər açıqlanıb. Bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini danışıb.
Sputnik
BAKI, 5 aprel — Sputnik. "Koroğlu metrostansiyasında böyük tutumlu qatarların sayını artırmaqla sərnişinlərin müəyyən vaxtlarda olan sıxlığını azaltmaq elə də asan deyil".
Bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
"Koroğlu metrostansiyasının qarşısında olan taksilərin əlindən tərpənmək olmur. Bu, həmin stansiyanın yüklənməsinə səbəb olub. Bu stansiyada qrafikə düzgün riayət etmək üçün ciddi çalışırıq. Bundan başqa, müqayisə aparsaq görərik ki, qatarların son iki vaqonu həmişə nisbətən boş olur, amma öndəki vaqonlarda adətən sıxlıq olur. Əməkdaşlarımız tövsiyə verəndə isə onlara qarşı kobudluq edirlər", - deyə Hidayət Məmmədov vurğulayıb.