RUSİYA

Karasin: Rusların Finlandiya ilə düşmən olub-olmayacağı qarşı tərəfdən asılıdır

Karasin, Finlandiyanın Rusiya tərəfindən həmişə "vicdanlı, bitərəfliyə riayət edən və hərbi-siyasi avantüralarda iştirak etməyən" qonşu kimi qəbul edildiyini xatırladıb.
Sputnik
BAKI, 5 aprel — Sputnik. Rusiya vətəndaşları Finlandiyanın NATO-ya daxil olması ilə bağlı narahatlıq və kədər hiss edirlər. Bu hisslərin uzaqlaşmağa və düşmənçiliyə çevrilib-çevrilməməsi fin tərəfdən asılıdır.
Bunu Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Karasin "RİA Novosti"yə bildirib.
Qeyd edək ki, bu günlərdə Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü oldu.
"Bunun Rusiya vətəndaşında, rus insanında müsbət emosiyalar yaradacağını güman etmək çətindir. Əlbəttə ki, bu, bizdə həyəcan verici emosiyalar yaratdı... Əlbəttə, acılıq hissi var, amma ümid edirəm ki, bu hiss hansısa qəriblik, düşmənçilik hissinə çevrilməyəcək. Bu, hər iki tərəfdən asılıdır. Bu halda, ilk növbədə, fin qonşularımızdan asılıdır", - deyə o bildirib.
Karasin xatırladıb ki, Finlandiya Rusiya tərəfindən həmişə "vicdanlı, bitərəfliyə riayət edən və hərbi-siyasi avantüralarda iştirak etməyən" qonşu kimi qəbul edilib".