BAKI, 5 aprel - Sputnik. Bakıda Nizami Kino Mərkəzində Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub.
Tədbirin təşkili ideyasını Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, Rusiya Sülh Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiya səfirliyi dəstəkləyib. Azərbaycanda, Bakıda Rus Evi dəstəkləyiblər.
Rusiya kinosu günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində və Beynəlxalq Muğam Mərkəzində dörd yeni rus tammetrajlı filmi nümayiş olunacaq. Layihənin prodüseri Rusiyanın Əməkdar Mədəniyyət İşçisi Yelena Lebedevadır.
Açılış mərasimində bir çox Azərbaycan kino xadimləri, həmçinin tanınmış rusiyalı aktyorlar iştirak ediblər.
Layihənin prodüseri, Rusiyanın Əməkdar Mədəniyyət İşçisi Yelena Lebedevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bakılı tamaşaçılar üçün müxtəlif janrlı filmlər seçilib.
Rusiyanın Əməkdar Mədəniyyət İşçisi Yelena Lebedeva
© Sputnik / Kemale Aliyeva
"Bizim əsas vəzifəmiz filmi nümayiş etdirmək və filmi təqdim edən aktyorla görüş keçirməkdir. Biz öz kinematoqrafik məhsullarımızı sözdə deyil, əməldə göstərmək istəyirik. Azərbaycan, əlbəttə ki, bizim qəlbimizdə çox əziz olan bir ölkədir. Biz öz kinomuzu təqdim edirik". Bundan əlavə, biz hamımız Bakıdan məmnunuq”, - Lebedeva bildirib.
Tədbiri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov açıb. O xatırladıb ki, sonuncu dəfə Azərbaycan paytaxtında Rusiya kinosu günləri koronavirus pandemiyasından əvvəl keçirilib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov
© Sputnik / Kemale Aliyeva
"Bizim əsas vəzifəmiz filmi nümayiş etdirmək və filmi təqdim edən aktyorla görüş keçirməkdir. Biz öz kinematoqrafik məhsullarımızı sözdə deyil, əməldə göstərmək istəyirik. Azərbaycan, əlbəttə ki, bizim qəlbimizdə çox əziz olan bir ölkədir. Biz öz kinomuzu təqdim edirik". Bundan əlavə, biz hamımız Bakıdan məmnunuq”, - Lebedeva bildirib.
Açılışda Azərbaycan Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov da çıxış ediblər.
Açılış günü rejissor Aleksey Pimanovun çəkdiyi “On bir səssiz adam” filmi nümayiş olunub. Filmin əsas hadisələri məşhur Moskva komandası "Dinamo" ətrafında cərəyan edir. Təxminən 77 il əvvəl idmançılar İngiltərə Futbol Assosiasiyasından cəlbedici təklif aldılar. Beləliklə, onlar Londonda keçiriləcək yoldaşlıq turnirində oynamaq imkanı əldə etdilər.
Bakıda filmi orada baş rollardan birini ifa edən rusiyalı aktyor Pavel Kraynov təqdim edib.
Rusiya kinosu günləri aprelin 8-dək davam edəcək. Həmin günlərdə "Suvorov: Böyük səyahət", "Libereya: Xəzinə ovçuları" və "1941. Berlin üzərində qanadlar" filmləri nümayiş olunacaq.
Aprelin 7-də isə Bakıdakı Rus Evində Rusiyanın xalq artisti Yuri Nazarov və teatr və kino aktrisası Polina Neçitaylo ilə yaradıcılıq görüşü olacaq. Başlanğıc - 19:00.