QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanlı həkim: Xankəndi xəstəxanasında öz vətəndaşlarımıza xidmət göstərirdik

Ötən gecə Laçın-Xankəndi yolunda Rusiya sülhməramlıları Şuşa həkimlərindən yardım istəyib.
Sputnik
BAKI, 5 aprel — Sputnik. "Laçın-Xankəndi yolunda səhhəti pisləşən ermənilərə ilkin tibbi yardımı göstərib, onları Xankəndi xəstəxanasına çatdırdıq".
Bunu APA-ya ötən gecə Qarabağda yaşayan ermənilərə yardım edən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev bildirib.
"Azərbaycan Respublikasının erməni əsilli sakinlərinə tibbi xidmət göstərmək bizim vəzifə borcumuzdur. Bizi Xankəndi xəstəxanasında çox yaxşı qarşıladılar, öz vətəndaşlarımıza xidmət göstərdik. Əlimizdən gələni elədik", - deyə o bildirib.
Qeyd edək ki, ötən gecə Laçın-Xankəndi yolunda Rusiya sülhməramlıları Şuşa həkimlərindən yardım istəyib.
Əraziyə gətirilən xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili xəstələri Laçın istiqamətinə aparıb. Daha sonra tibbi ləvazimat lazım olduğu və daha bir tibbi maşına ehtiyac olduğu bildirilib.
Şuşalı həkimlər xəstələrə ilkin tibbi yardım göstərdikdən sonra onları Xankəndi xəstəxanasına çatdırıblar.