RUSİYA

Rusiyada "Vikipediya"nı bloklamaq təklif olunub

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov "Vikipediya"da həqiqətən çoxlu təhriflər və səhvlərin olduğunu, lakin bu resursun əvvəlcə analoqunun yaradılmalı olduğunu söyləyib.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Rusiyada "Vikipediya"nı bloklamaq təklif olunub, Kreml isə tələsməməyi tövsiyə edib.
Bu təkliflə Rusiya prezidenti yanında vətəndaş cəmiyyəti və insan haqları üzrə Şuranın sədri Valeri Fadeyev çıxış edib.
Onun sözlərinə görə, "Vikipediya" çoxlu təhrifləri özündə ehtiva edir, onu bağlamaq və alternativ yaratmaq lazımdır.
Fadeyevin "Vikipediya"nı bloklamaq təklifinə Kremldən cavab gəlib. Belə ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov "Vikipediya"da həqiqətən çoxlu təhriflər və səhvlərin olduğunu, lakin bu resursun əvvəlcə analoqunun yaradılmalı olduğunu söyləyib. (APA)
Qeyd edək ki, ötən il Rusiyada "Vikipediya"nın yerli analoqu "Runiversalis" istifadəyə verilib.