BAKI, 4 aprel — Sputnik. Asiya ölkələri Vaşinqtonun Tayvan ətrafında vəziyyəti gərginləşdirmək üçün təxribat xarakterli hərəkətlərlə Pekinə qarşı hər cür cəhdləri fonunda Qərbin Asiya-Sakit Okean regionunda "ikinci Ukrayna" yaratmaq risklərindən narahatdırlar. Bu barədə çərşənbə axşamı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
O vurğulayıb ki, Asiya tərəfdaşları ABŞ və müttəfiqlərinin Avropada qarşıdurmada hansı vasitələrdən istifadə etdiyini görürlər.
"Bu, daxili vəziyyətin "laxladılması", qərəzli məlumatların arıtırılması, radikalizmin ifrat formalarının yetişdirilməsi yolu ilə xaos elementlərinin yaradılmasıdır. Qərblilərə görə oxşar üsullar Asiya-Sakit okean zonasında yerləşən dövlət və ərazilərə də şamil edilir", - Rudenko əlavə edib.
"Son dərəcə gücdən düşmüş Qərb öz siyasi və iqtisadi potensialını zəngin təbii və insan resursları, elmi və texnoloji imkanları və möhkəm infrastrukturu olan Asiya hesabına kompensasiya etmək istəyir" - deyə Rudenko bildirib.
"Buradan Asiya dövlətlərinin, xüsusən tarixin dərslərini nəzərə alaraq, Asiya-Sakit Okean regionunun yenidən müstəmləkəçiliyi ilə bağlı kifayət qədər haqlı qorxular var", - Rudenko qeyd edib.
Tayvan ətrafında vəziyyət ötən il avqustun əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı sədri Nensi Pelosinin adaya səfərindən sonra xeyli gərginləşib. Adanı özünün əyalətlərindən biri hesab edən Çin bu addımında ABŞ-ın Tayvan separatizmini dəstəklədiyini görərək Pelosinin səfərini pisləyib və genişmiqyaslı hərbi təlimlər keçirib. Çin rəhbərliyi dəfələrlə bəyan edib ki, Pekin ada ilə sülh yolu ilə birləşməyə çalışacaq, lakin hərbi güc tətbiqindən imtina edəcəyinə söz vermir.