BAKI, 4 aprel — Sputnik. Bu gün Təbrizdə 20 məktəbli qız zəhərlənib.
Bu barədə IRIB agentliyi Şərqi Azərbaycan Vilayətinin Təcili Tibbi Yardım Bölməsinin rəhbərinə istinadən məlumat yayıb. Zəhərlənən qızlar təcili tibbi yardım vasitəsilə Təbrizin Sina Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, bir müddət öncə də ölkənin 31 əyalətindən 10-da, azı 30 məktəbdə qızlar arasında zəhərlənmə qeydə alınıb. Həmin dövrdə məktəbli qızlar ürəkbulanma və baş ağrılarından şikayətləniblər.
Naməlum maddənin qurbanları arasında yüzlərlə şagird olub. Qızların kütləvi zəhərlənməsinə etiraz olaraq isə ölkədə müxtəlif etiraz aksiyalarına start verilmişdi.