RUSİYA

Putin sabah Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək

İclasda yeni regionlarda qanunun aliliyinin, asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi məsələlərinə baxılacaq.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin sabah videokonfrans vasitəsilə Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
""Donetsk" və "Luqansk Xalq Respublikaları"nın, həmçinin Zaporojye və Xerson vilayətlərinin ərazisində qanunun aliliyinin, asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi məsələlərinə baxılacaq. Daxili işlər naziri Vladimir Kolokoltsev əsas məruzə ilə çıxış edəcək", - məlumatda deyilir.
Təhlükəsizlik Şurasının əvvəlki iclası ötən ilin oktyabrında baş tutub. İclasda miqrasiya sahəsində milli təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması, miqrasiya proseslərinin ölkənin sosial-iqtisadi inkişafı və ictimai-siyasi sabitlik maraqları naminə tənzimlənməsi ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə mütəmadi olaraq operativ görüşlər keçirir.