BAKI, 4 aprel — Sputnik. Asiya İnkişaf Bankı neftin orta qiymətinin aşağı olmasına baxmayaraq, 2023-cü ildə Azərbaycanın ixrac artımını 0,2% səviyyəsində proqnozlaşıdırıb.
Bu barədə Asiya İnkişaf Bankının (AİB) dərc etdiyi "Asian Development Outlook 2023" icmalında bildirilib.
Bankın hesablamalarına görə, 2024-cü ildə isə Azərbaycanın ixracı 2,9% azalacaq.
Asiya İnkişaf Bankı ümumilikdə 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun 6,4% artacağını, 2024-cü ildə 5,6% azalacağını proqnozlaşdırıb (APA).