BAKI, 4 aprel — Sputnik. Azərbaycan və Monteneqro arasında hava əlaqəsi yaradılacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə" qanunun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında” sənəd 2023-cü il fevralın 4-də Bakı şəhərində imzalanıb.