CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan orta aylıq pensiyaya görə MDB ölkələri üzrə sıralamada ilk yerə yüksəlib

Ölkəmiz minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış dollar ifadəsində həmin sıralamada ilk yeri tutmaqda davam edir .
Sputnik
BAKI, 4 aprel — Sputnik. Sosial islahatlar nəticəsində ölkəmizdə pensiyalarda artım dinamikasının nəticəsi olaraq, orta aylıq pensiyanın beynəlxalq dollar ifadəsində məbləğlərinin MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisəli sıralamasında Azərbaycan artıq ikinci yerdən birinci yerə yüksəlib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, eyni zamanda, ölkəmiz minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış dollar ifadəsində həmin sıralamada ilk yeri tutmaqda davam edir.
Minimum aylıq əməkhaqqının da dollar ifadəsində məbləği və Alıcılıq Qabiliyyəti Pariteti üzrə müqayisəsində qeyd olunan sıralamada ölkəmiz 4-cü yerdən 3-cü yerə yüksəlib.