HƏRBİ

Zakir Həsənov Selçuk Bayraktarı medal ilə təltif edib.

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini və gücləndiyini bildirib.
Sputnik
BAKI, 3 aprel — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb, onu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Müdafiə naziri “Baykar” şirkətinin texniki direktoru ilə görüşüb
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini və gücləndiyini bildirib.
Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi vurğulanıb.
Müdafiə naziri “Baykar” şirkətinin texniki direktoru ilə görüşüb
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən S.Bayraktar ölkəmizə səfərindən məmnun olduğunu və bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Sonda müdafiə naziri S.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.