BAKI, 3 aprel - Sputnik. Tərləmə bir sıra ciddi xəstəliklərlə yanaşı, xərçəngin də açıq əlaməti ola bilər.
Mütəxəssislərin rəyinə görə, gecə tərləmələri yüksək otaq temperaturu ilə əlaqədardırsa, narahatlığa səbəb olmamalıdır. Lakin həddindən artıq və ya uzun müddət davam edən tərləmə tibbi yardım tələb edir.
Bu vəziyyət infeksion xəstəliklərdə də baş verə bilər. Belə ki, tərləmənin köməyi ilə mexanizm bədən istiliyini azaldır.
Bundan əlavə, mütəxəssislər, gecə tərləmələrinin dərmanlarla əlaqəli ola biləcəyini də qeyd ediblər. Bənzər bir vəziyyət hipoqlikemiya və spirtdən sui-istifadə ilə də müşahidə olunur.
"Gecə tərləmələri sümük ağrısı, şişkin limfa düyünləri, zəifləmiş immunitet sistemi və çəki itkisi ilə birləşdirilirsə, bu, lenfoma və ya lösemi göstərə bilər", - deyən mütəxəssislər belə hallarda qan testi aparmağı və dərhal həkimə müraciət etməyi məsləhət görürlər.
Həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib ki, treska balığı yağı yemək onkoloji xəstəliyə mübtəla olmaq riskini azaldır. Onun sözlərinə görə, bu məhsulda sümüklərin möhkəmliyinə cavabdeh olan çoxlu D vitamini var. Son tədqiqatlar sübut edir ki, treskanın qaraciyəri də xərçəng hüceyrələrinə təsir edə bilər (İnoSMİ).