BAKI, 3 aprel — Sputnik. İspaniyada Böyük orucluğun son həftəsində - Müqəddəs həftədə (Semana Santa) bayram - dini yürüşləri keçirilir.
Bu günlərdə milyonlarla turistin gəldiyi Semana Santanın qeyri-rəsmi paytaxtı Sevilyadır. Bu müddət ərzində yol hərəkəti yürüş cədvəlinə uyğunlaşdırılır və mərkəz tamamilə bağlanır.
Ən böyük şəhərlərdə gündə 30-a qədər müxtəlif yürüşlər keçirilə bilər. Adətən onlar yerli dini qardaşlıqlar (ermandad) tərəfindən təşkil edilir. İnsanlar təmtəraqla bəzədilmiş dini məzmunlu fiqurların yerləşdiyi platformaları daşıyırlar.
Yürüşlər yerli xüsusiyyətlərə malikdir, buna görə də bölgədən asılı olaraq musiqi, simvolik məna daşıyan platformalar və yürüş iştirakçılarının geyimləri fərqlənir.
İspaniyada demək olar ki, hər yerdə Müqəddəs Həftənin sonu öküz döyüşü mövsümünün başlanğıcı baş tutur. Arkos-de-la-Fronterada Pasxa Bazar Günü "öküzlərin qaçışının" yerli variantı, Malaqada isə mövsümün ilk korridası keçirilir.
Müqəddəs Cümə günü katolik möminlərə oruc tutmaq tövsiyə olunur, bu, orucun ən sərt günüdür. Böyük Cümə günü axşam onlar adətən xüsusi xidmətə gedirlər (ildə bir dəfə), səhər liturgiyası keçirilmir. Gecələr, şamlar və məşəllərlə möhtəşəm yürüşlər keçirilir.
Qeyd edək ki, 2018-ci ildə "UNESCO" (Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurum) İspaniyada Müqəddəs həftəni bəşəriyyətin qeyri-maddi mədəni irsinin təzahürü kimi elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.