BAKI, 3 aprel — Sputnik. İran Azərbaycandakı səfirini əvəzləyəcək. Bu barədə İranın Tasnim xəbər agentliyi xəbər verir. Belə ki, hazırkı səfir Seyid Abbas Musəvini yaxın vaxtlarda Müctəba Dəmirçilu əvəz edəcək.
Bildirilir ki, Dəmirçilu 2014-2018-ci illərdə Qazaxıstanda, 2006-2010-cu illərdə isə İranın Gürcüstandakı diplomatik nümayəndəliklərinin rəhbəri vəzifəsində çalışıb.
O, həmçinin İranın Bakıdakı səfirliyinin ikinci katibi vəzifəsində çalışıb. Hazırda o, İran Xarici İşlər Nazirliyinin idarələrindən birinə rəhbərlik edir.
Xatırladaq ki, Seyid Abbas Musəvi üç il İranın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışıb.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi Dəmirçilunun İranın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması xəbərini yalanlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.