BAKI, 3 aprel — Sputnik. Ədliyyə Nazirliyi ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirib.
Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, yaşıllığın qorunmasına daim xüsusi önəm verib, bu məqsədlə mühüm proqramlar qəbul olunaraq icra edilib.
Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, insanların sağlam mühitdə yaşaması üçün ardıcıl işlər görülür.
Bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə mühüm layihələr həyata keçirilir.
Ədliyyə Nazirliyi rəhbərliyinin və kollektivinin iştirakı ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində təşkil olunmuş aksiyada həmişəyaşıl ağaclar əkilib, onlara qulluq göstərilib.
"Heydər Əliyev İli"ndə nazirliyin yerli və regional qurumları, məhkəmələr tərəfindən də böyük həvəs və fəallıqla ağacəkmə kampaniyaları təşkil edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.