RUSİYA

BRİKS dövlət başçıları bu şəhərdə görüşəcək - Putin yeri təyin etdi

Rusiya Federasiyası prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov isə 2024-cü il konfransının hazırlanması üzrə təşkilat komitəsinin sədri təyin edilib.
Sputnik
BAKI, 3 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin BRİKS dövlət başçılarının 2024-cü il görüşünün keçiriləcəyi yer kimi Kazan şəhərini təyin edib.
Rusiya Federasiyası prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov isə 2024-cü il konfransının hazırlanması üzrə təşkilat komitəsinin sədri təyin edilib.
"Rusiya Federasiyasının 2024-cü ildə BRİKS assosiasiyasında qarşıdan gələn sədrliyi ilə əlaqədar qərara alıram:
1. 2024-cü ildə BRİKS dövlət başçılarının görüşünün keçiriləcəyi yer kimi Kazan şəhəri təyin edilsin.
2. 2024-cü ildə Rusiya Federasiyasının BRİKS assosiasiyasında sədrliyini hazırlamaq və təmin etmək üçün təşkilat komitəsi yaradılsın. Rusiya Federasiyası Prezidentinin köməkçisi Yu.V.Uşakov təşkilat komitəsinin sədri təyin edilsin", - deyə müvafiq sənəddə bildirilir.
Sədrə bir ay müddətində təşkilat komitəsinin tərkibini və əsas tədbirlərin planını təsdiq etmək tapşırılıb.
Xatırladaq ki, BRİCS be. dövlətin daxil olduğu dövlətlərarası birlikdir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika.
Təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin İqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.