İQTİSADİYYAT

Azərbaycanda dəvəçiliyin inkişafı üçün yarım milyon manat ayrılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Sahibkarlığın İnkişafı Fondu Hacıqabul rayonunda dəvəçiliyin inkişafı layihəsi üçün 500 min manat güzəştli kredit verib.
Sputnik
BAKI, 3 aprel — Sputnik. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Hacıqabul rayonunda dəvəçiliyin inkişafı layihəsi üçün 500 min manat güzəştli kredit verib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
Nazirin sözlərinə görə, kredit "Fədək-Azərbaycan" MMC-yə ayrılıb.
Dəvəçilik Azərbaycanda XX əsrin əvvəllərinə qədər geniş yayılmış sahələrdən biri olub.
Əsasən dəmiryolu və avtomobil nəqliyyatının inkişafı ilə əlaqədar bu sahə unudulub. Azərbaycanda hazırda ətlik istiqamətdə yetişdirilir. Südünün geniş satış bazarı yoxdur.
Şabran, Salyan və Goranboy ərazilərində dəvəçilik təsərrüfatı mövcuddur. Əsasən fərdi təsərrüfatlarda saxlanılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.