AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti Tacikistana səfər edəcək

Sputnik
BAKI, 3 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-5-də Düşənbədə dövlət səfərində olacaq. Bu barədə RİA Novosti-yə Tacikistan prezidentinin administrasiyasından məlumat verilib.

"Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-5-də Düşənbədə dövlət səfərində olacaq. Səfər çərçivəsində Prezident Emoməli Rəhmonla təkbətək görüşəcək, daha sonra geniş tərkibdə danışıqlar aparılacaq", - məlumatda bildirilib.

Bundan başqa, İlham Əliyevin Düşənbəyə səfəri çərçivəsində Tacikistan-Azərbaycan investisiya forumu keçiriləcək.
Forumda hər iki tərəfdən 150-dən çox iştirakçının, o cümlədən nazirlik və idarələrin rəhbərləri və məsul şəxsləri, sahibkarlar, investorlar və Tacikistan və Azərbaycanda iqtisadi fəaliyyətin müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələrinin iştirakı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.